Üçüncü Reyxin araşdırmaçıları Hitlerin uzun müddət
məşuqəsi, ancaq ölümündən az əvvəl onun nikahlı arvadı olan Yeva
Braun haqqında belə nəticəyə gəliblər ki, əslində, siyasətə
qarışmayan bu qadın heç də sadə bir insan olmayıb.
O, 7 fevral 1912-ci ildə müəllim ailəsində doğulub. İdmanın bir
çox növləri ilə maraqlanan Yeva bal rəqsləri ilə məşğul olurdu.
O zaman iş tapmaq çətin idi, amma Yeva Münhendə Henri Hofmanın
nasional-sosialistlərin qəzetlərini çıxaran fotoatelyedə işə
düzəlir.
Hofman artıq ölkədə nələr baş verdiyini anlayırdı və Hitlerin
çıxış etdiyi bütün mitinqlərə gedirdi. O yavaş-yavaş Hitlerlə şəxsi
münasibətlər qurur və bir azdan fürer ona şəkillərini dərc etməsi
üçün izn verir.
Hofmandan fərqli olaraq Yeva siyasətlə maraqlanmırdı və bütün
olanlara laqeyd idi.
Bir dəfə mitinqdən sonra dincəlmək üçün Hofmanın fotoatelyesində
dincəlməyə gələn Hitler elə ilk anda Yeva ilə maraqlanmağa başlayır
və bunu hiss edən Hofman qızı onunla tanış edir.
Bu zamanlar Hitlerin Heli Rauballa münasibətləri vardı. Amma
30-cu illərin sonlarında o artıq Yeva ilə görünməyə başladı.
Yevanın o zaman 18 yaşı vardı. Amma artıq dəfələrlə rəfiqələrinə
bildirmişdi ki, onun istədiyi və bütün ömrü boyu sevəcəyi kişi məhz
Hitlerdir.
31-ci ilin payızında Heli sirli şəkildə vəfat etdi. Bu, Hitlerə
pis təsir edir.
Müasirləri bildirir ki, Hitler bir qadınla sıx əlaqəyə girməyə
ehtiyat edirdi və dəfələrlə bildirmişdi ki, ağıllı kişi mütləq
ağılsız və sadəlövh bir qadınla münasibət qurmalıdır.
Helinin ölümündən sonra onu müxtəlif qadınlarla tanış edən
Gebbelsin bu səyi öz nəticəsini vermədi, çünki artıq Hitler öz
seçimini etmişdi.
O yenidən Yeva ilə görüşməyə başlayırdı. Amma onların çox az və
qısa görüşmələri gənc qızı razı salmırdı. Helinin ölümünün ona necə
təsir etdiyini görən Yeva çox təsirli bir vida məktubu yazaraq
özünü atasının tapançası ilə vurdu.
Bu, noyabr aynın 1-də, 1932-ci ildə baş verdi.
Onun xəstəxanada olduğunu eşidən Hitler əlində çiçək dəstəsi
gözlərində yaşla ora tələsir:
"Görün o məni nə qədər sevir ki, həyatını belə qurban verməyə
hazırdır",- deyən Hitler bu hadisədən sonra ona daha diqqətli
olur.
Amma 35-ci ildə Yeva Braun Hitlerlə üç aylıq ayrılıqdan sonra
yenidən özünə qəsd edir. Bu dəfə o çox sayda yuxu dərmanı içir və
qəribədir ki, onu yenə bacısı xilas edir. Bu hadisədən sonra onlar
bir daha ayrılmırlar.
Yeva müharibədən uzaq yaşayırdı. Elə buna görə də Yeva Braunun
oxşarına ehtiyac duyulmurdu. Amma 1945-ci ildə Berlinin
bombalanması ilə artıq Hitler və Yevanın xilas edilməsi gündəmə
gələndə onun da oxşarının tapılması aktuallaşdı. Qeyd edək ki,
Hitlerin 5 oxşarı vardı və onlardan faşist rəhbərinə ən çox
oxşayanı Valer idi.
Yevanın oxşarının tapılmasından sonra onların evlənməsi mərasimi
baş tutdu və yalnız bundan sonra Hitler və Yeva Braun öz oxşarları
ilə dəyişdirildi.
Sovet qoşunlarının tapdığı Yevaya zəhər içirdirlər. Valer isə
Yevanın ölümündən az sonra güllələndi...
Uzun illər sonra, 1981-ci ildə professor Reydar Soqinaes dərc
etdirdiyi məqalədə bildirdi ki, cəsədi tapılan qadın Yeva Braun
deyil. O, yazırdı ki, dişləri plastmasdan olan qadın Yeva ola
bilməzdi. Professor bildirdi ki, o zaman Alman stomatoloqları artıq
çoxdan farfordan istifadə edirdi və ola bilməz ki, Hitler
sevgilisinə plastmasdan diş düzəldilməsinə razı olsun.
Beləliklə, Hitler və onun sevgilisi Yeva Braun xilas edildimi,
bunu dəqiq kimsə bilmir. Yəqin ki, III Reyxin bu sirri heç vaxt
açılmayacaq...
Kim bilir?!.