Olduğu posta ildırım düşdü, türk ordusu şəhid verdi
22:47
Ana səhifə Planet |
Qərb ölkələri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün koalisiya yaradır.
Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.
“Ukrayna üçün hava hücumundan müdafiə sistemi koalisiyası yaradılır. Onun konturları hələ tam müəyyən edilməyib, lakin biz bu yolla getməliyik ki, Ukrayna havadan gələn hücumlardan qorunsun”, - o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Litva Ukraynada minaların təmizlənməsi üçün beynəlxalq koalisiya strukturunun yaradılması təşəbbüsü ilə çıxış edib. Sözügedən koalisiyaya 20 ölkə daxil olub.
Tarix
2024.04.18 / 16:19
|
Müəllif
Zeynəb Əkbər
|