Yuxarı

Dubayda suda qalmış maşınlar ölkəyə gətirilə bilər? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə gündə intensiv yağış Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində bəzi əraziləri su altında qoyub. Bundan ən çox da avtomobil sahibləri zərər görüblər. Çünki sel nəticəsində müxtəlif markalı çox sayda avtomobil suyun altında qalıb.

Axar.az "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Azərbaycana da əsasən avtomobillər Koreya, ABŞ və Dubay bazarından idxal edilir.

Ən tez, yəni 15 günə Dubaydan Azərbaycana avtomobil gətirmək mümkün olduğu üçün bu işlə məşğul olan sahibkarlar da məhz Birləşmiş Ərəb Əmirliyindən maşın gətirməyə üstünlük verirlər. Bu hal onu deməyə əsas verir ki, həmin nasaz avtomobillər Azərbaycana da gətirilə bilər.

Avtomobil ustası Sahil Ağabəyli deyib ki, adətən, suda qalan avtomobili işbazlar oradan dəyərindən dəfələrlə ucuz alıb, Azərbaycan bazarındakından bir az fərqli qiymətə satırlar.

Suda qalan avtomobildə, xüsusən də alt hissəsində əvvəlcə paslanma, daha sonra da çürümələr olur. Usta deyir ki, avtomobil satışı ilə məşğul olanlar belə nəqliyyat vasitələrinin alt hissəsini təmizlədib, boya vurdururlar. Bunu alan şəxslərin özləri də baxdıqda müəyyən edə bilərlər.

Usta onu da əlavə edib ki, suda qalmış daxiliyanma mühərrikli avtomobillərdən fərqli olaraq, elektromobillərdə təmir xərci daha çox olur. Onun hətta təmirdən sonra istifadə edilməsi də risklidir.

Tarix
2024.04.19 / 01:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla