Yuxarı

Nazir avtoritetdən rüşvət alıb? – Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir avtoritetdən rüşvət alıb? – Açıqlama

Gürcüstanın Energetika Nazirliyinin hesabına "Kalatoza" ləqəbli David Karseladze tərəfindən pul keçirilməyi barədə məlumatların hamısı yalandır.

Axar.az xəbər verir ki, bunu "Rustavi-2" televiziyasına açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib. Onun sözlərinə görə, Energetika Nazirliyinin bank hesabı yoxdur:

"Mən Qivi Tarqamadzenin bəyanatını dinlədim. Bu, böyük yalandır. Energetika Nazirliyinin heç bir hesabı yoxdur. Tarqamadzenin söylədiyi "Kala Kapital" bankı Gürcüstanda mövcud deyil. Mənimlə əlaqəli olan yeganə bank isə təsisçisi olduğum "Proqres Bank"dır. O da bir neçə il öncə satılıb. Mən demirəm ki, Vahid Milli Hərəkat Partiyası bunu qəsdən düşünüb. Çox güman ki, onlara da yanlış informasiya verilib".

Qeyd edək ki, bir müddət öncə Vahid Milli Hərəkatın liderlərindən olan sabiq millət vəkili Qivi Tarqamadze David Karseladzenin banklarından birinin Energetika Nazirliyinin hesabına 1,1 milyon dollar köçürdüyünü söyləyib. Tarqamadze bununla bağlı sənədləri də ictimaiyyətə təqdim edib. Pulun köçürülməsinə əsas səbəb kimi tikinti göstərilib. Üstəlik, razılaşmaya zamin olaraq Kaladzenin şəxsi bankı kimi təqdim edilən "Kala Kapital" göstərilib.

Keçmiş güləşçi olan David Karseladze kriminal aləmin məşhur simalarından hesab edilir. "Kalatoza" ləqəbi ilə məşhurlaşan Karseladze 2004-cü ildə Qardabanidə həbs edilib. Sonradan Rusiyaya köçüb.

Tarix
2016.03.09 / 15:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla