ABŞ-da keçən ilin ən çox xeyriyyəçilik edən 50
xeyriyyəçisi 7.7 milyard dollar xeyriyyə verərkən Feysbukun
qurucusu Mark Zukerberq və həyat yoldaşı təxminən 1 milyard dollar
xeyriyyə ilə birinci yerdə gəlib.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər
verir ki, ABŞ-da ən çox xeyriyyəçilik edənlər siyahısında yer alan
ilk 50 xeyriyyəçi keçən il 7.7 milyard dollar xeyriyyə vəsaiti
ayırıb. Birinci yerdə isə təxminən 1 milyard dollarlıq vəsaitlə
Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və həyat yoldaşı
Prisçilla Çan gəlir.
"Xeyriyyəçiliyin xronikası" (Chronicle of Philantropy)
təşkilatının məlumatlarına görə, ABŞ-da xeyriyyənin miqdarı keçən
ilə nisbətən yüzdə dörd dəfə artaraq 7.7 milyard dollara çatıb.
Xeyriyyənin çoxu universitet və xəstəxanalara ayrılır. Təxminən
1 milyard dollar xeyriyyə ilə birinci yerdə olan xeyriyyəçi
Zukerberq və həyat yoldaşından sonra 750 milyon dollarla, keçən
ilin iyul ayında ölən Texaslı enerji sərmayəçisi Corc Mitçel
gəlir.
Nyu York meri vəzifəsindən istefa verən Maykl Blumberq
xeyriyyəçilər siyahısında 4-cü yerdədir.