Vladimir Jirinovski gecə vaxtı Rusiya üzərindən uçuşları
qadağan etməyi təklif edib.
ANS-in
məlumatına görə, Rusiya Liberal Demokrat Partiyasının (RLDP)
Vladimir Jirinovski bu barədə
"Rus xəbərləri xidməti" verilişində deyib. O, bu qənaətə ötən gecə
Rostov-Don aeroportunda təyyarənin qəzaya uğramasından sonra
gəlib.
"Bütün qəzalar adətən gecə olur, avtobuslar da, təyyarələr də
gecə qəzaya düşürlər. Odur ki, gündüz uçun. Çalışın, gündüz 12-dən
tez uçuş etməyin. Xüsusən də avtobusla yola düşənlər ehtiyatlı
olsunlar. Çünki sürücülər avtobusu həm sürətlə idarə edirlər, həm
də gecə yuxulu olurlar. Qatarda 3 növbə var. Odur ki, o, daha
təhlükəsizdir", - deyə o bildirib.
Bu gecə Dubaydan Rusiyaya gələn sərnişin təyyarəsi qəzaya
uğrayıb. Hadisə vaxtı təyyarədə 62 nəfər olub. Onlardan 55-i
sərnişin, o cümlədən 4-ü uşaq, 7-si isə heyət üzvü olub.
Qəza bütün sərnişinlərin və uçuş heyətinin ölümü ilə
nəticələnib. Hadisə Dubaydan uçan "Boeinq-737-800" tipli sərnişin
təyyarəsi Rostov-Don şəhər aeroportuna enərkən baş verib.
Qəzaya səbəb kimi pis hava şəraitinə görə təyyarənin eniş
zolağından kənara düşməsi göstərilir.