Yuxarı

Türkiyəni bir yalan qarışdırdı: 474 nəfər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.07.01. 16:17

Türkiyə hüquq-mühafizə orqanları suriyalı miqrantın öz qohumu olan azyaşlıya təcavüzlə bağlı Kayseri şəhərində etiraz aksiyalarında iştirak edən 474 nəfəri saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.

“Kayseridə baş verən çirkin hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli aksiyalar təşkil olunub. Qanunsuz vasitələrlə həyata keçirilən təxribat xarakterli hərəkətlərdən sonra 474 nəfər saxlanılıb. Müəyyən edilib ki, saxlanılanlardan 285 nəfəri müxtəlif cinayətlərə görə (miqrant qaçaqmalçılığı, sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, oğurluq, əmlaka ziyan vurma, cinsi təcavüz, dələduzluq, pul saxtalaşdırması, hədə-qorxu, təhqir, şəxsi azadlıqdan məhrum etmə və s.) cinayət məsuliyyətinə cəlb edilib", - Yerliqaya yazıb.

Türkiyə Daxili İşlər Nazirliyi Kayseridə baş verən iğtişaşlarla bağlı sosial şəbəkələrdəki paylaşımların təxminən 37%-nin bot, 70%-nin isə təxribat məqsədi ilə yazıldığını bildirib. 63 sosial media hesabı ilə bağlı araşdırmalara başlanılıb, 10 hesabın sahibləri artıq məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Kayseridə baş verən təcavüzlə bağlı türk sosial şəbəkə istifadəçiləri arasında yayılan məlumatda 6 yaşlı azyaşlının türk olduğu yalanı yayılıb, Suriyada isə təcavüzkarın türk, zərərçəkənin suriyalı uşaq olduğu haqda təxribat paylaşılıb. Nəticədə Kayseridə iğtişaşlar baş verib, Suriyada isə Türkiyə bazasına hücum cəhdi olub.

Tarix
2024.07.02 / 22:45
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Səhmdarlar Müqaviləsinin mübadilə mərasimi oldu

Əliyevlə Tokayev arasında görüş oldu

Zakir Həsənov Minskdə paradı izlədi - Foto

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

Əliyevlə Putinin görüşü keçirildi - Foto

Azərbaycan XİN Belarusu təbrik etdi

KİV: Anklavlar qaytarılır, dəhliz açılır - Video

Novruzov təkzib etdi: Bu xəbər mənə qarşı təxribatdır!

Əliyevlə Putin belə görüşdü - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla