Yuxarı

Kritik gün yaxınlaşır: Cəlili seçilsə, xalq ayağa qalxacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məsud Pezeşkian və Səid Cəlili arasında ötən gün sonuncu debatın şahidi olduq. Mahiyyətcə, bundan əvvəlki müzakirələrlə eyni idilər: Ənənəvi olaraq namizədlər bir-birini günahlandırır, yaranmış müxtəlif böhranların məsuliyyətini qarşı tərəfə atmağa çalışırdılar. Həmçinin hər iki namizəd digərinin plansız olduğunu iddia edirdi.

Görünüşə görə, ölkənin mövcud problemlərinin həlli sahəsində konkret planları olmayan namizədlər heç bir böhranı köklü şəkildə həll etməyə qadir deyil.

Şüar və vədlərlə çıxış etmək, xalqın eşitmək istədiyi sözləri dilə gətirmək heç zaman yetərli olmayıb. Əsas məsələ bunları necə gerçəkləşdirməkdir. Bəs, bu namizədlər, əsasən də Pezeşkian bu sahədəki planlarından bəhs etdimi?!

Cəlilinin mövqeyi bəllidir - zənnimcə, heç kim onun hər hansı bir plan ortaya atacağını gözləmirdi. Lakin qarşı tərəfi ittiham edən Pezeşkiandan şəffaf olması və aydın şəkildə öz planını açıqlaması bir çoxları tərəfindən gözlənilirdi.

Belə hesab edirəm ki, mövcud siyasi və iqtisadi böhranlardan xilas olmaq istənilən namizədin səlahiyyətindən kənardır. Özəlliklə, konkret planın olmaması bu iddianı gücləndirir.

İndi sadəcə oturub cümə günü keçiriləcək seçkilərin nəticələrini gözləmək lazımdır. Çox güman ki, hakimiyyətin müdaxiləsi olmasa, seçkilərin qalibi Məsud Pezeşkian olacaq. Lakin Səid Cəlilinin qalib elan edilməsi ehtimalı da mövcuddur. Bu halda Pezeşkiana səs verənlər arasında - miqyasından asılı olmayaraq - etiraz səsləri yüksələcək. Bəs, rejim belə bir vəziyyətdə bu riski gözə almağa hazırdırmı?!

Tarix
2024.07.03 / 11:41
Müəllif
Aydın Araz
Şərhlər
Digər xəbərlər

Sülh sazişinin imzalanması vacibdir - Mirzoyan

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

“Naxçıvanpoçt”un direktoru işdən çıxarıldı

General-polkovnik istefaya getdi, yeni komandan o oldu

Əliyev Ərdoğana demişdi, bu gün etdi - Video

İlham Əliyev Şuşada Hakan Fidanı qəbul etdi

İlham Əliyev Ərsin Tatarla görüşdü

Şuşada Qarabağ Bəyannaməsi imzalanacaq

ABŞ senatoru: Sülh tez imzalanmalıdır!

Prezident Kubanıçbek Ömüralıyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla