Yuxarı

Ərdoğana Almaniyaya getməsini Əliyev təklif edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mediada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcəyi barədə məlumat yayılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin söhbəti zamanı Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Almaniyada futbol üzrə Avropa çempionatının 1/4 mərhələsində Türkiyə millisinin Niderland yığması ilə qarşılaşacağını və Almaniyada milli komandanı dəstəkləmək imkanını nəzərdən keçirdiyini bildirib.

Belə bir təklif səslənib ki, Türkiyə Prezidenti günün birinci yarısı Şuşada tədbirdə iştirak etsin, sonra isə Almaniyaya yollansın. Lakin Prezident İlham Əliyev Türkiyə millisinin 1/4 mərhələyə yüksəlməsinin önəmini, habelə Türkiyə futbolçularının qələbəsinin bütün türk dünyası üçün əhəmiyyətini xüsusi vurğulayaraq, cənab Ərdoğana Şuşaya deyil, milli komanda ilə bir yerdə olmaq üçün Almaniyaya səfər etməsini təklif edib.

Prezident İlham Əliyev Türkiyənin Şuşa Sammitində vitse-prezident Cövdət Yılmaz və xarici işlər naziri Hakan Fidanla yüksək səviyyədə təmsil olunacağını qeyd edib və cənab Ərdoğandan Türkiyə millisinə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib.

Tarix
2024.07.05 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanda yeni xof: Bu tarixdə müharibə başlayacaq

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? - Şok detal

Simonyan azərbaycanlı həmkarı ilə görüşəcək

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Mühüm səbəb: Azərbaycanlılar Gürcüstana geri qayıdır - Video

380 min azərbaycanlı geri qayıtmalıdır - Kılıç

Milyonçular sürətlə bu ölkələri tərk edir

Mən Qərbi Azərbaycandan qovulan nəslin övladıyam

Yeni prezident seçildi, İranla münasibətlər... - Bayramov

İrəvandan bu istiqamətdə addımlar atmaqlarını gözləyirik

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla