Yuxarı

“Böyük Şeytan”ın İrəvana müdaxiləsi... - İran

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın regiondakı siyasəti Cənubi Qafqaz xalqlarının maraqlarını nəzərə almır.

Axar.az xəbər verir ki, bunu İranın İrəvandakı səfiri Mehdi Sübhani Vaşinqtonun Ermənistan-Azərbaycan prosesini dəstəkləməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayırıq. Müharibənin əleyhinəyik və sülh tərəfdarıyıq. Regionda sülhə alternativ yoxdur. Bu, prinsipial yanaşmamızdır. İrəvanla Bakı arasında dialoqun tərəfdarıyıq”, - o bildirib.

Sübhani qeyd edib ki, Tehran Vaşinqtona etibar etmir:

“Böyük Şeytan”(ABŞ - red.) bölgəyə daxil olmaqla öz məqsədlərini güdür, xalqların sülh və təhlükəsizliyi üçün səy göstərmir. Məqsədlərinə çatmaq üçün ABŞ müxtəlif vasitələrdən istifadə edir. Onlar Cənubi Qafqazı başqa ölkə ilə hesablaşma platformasına çevirmək istəyirlər. “Böyük Şeytan”la bağlı təcrübəmizi nəzərə alsaq, onların iddialarına çox şübhə ilə yanaşırıq. İran ABŞ-ın region ölkələri üçün xeyir istədiyinə inanmır. Burada hər hansı bir müharibə və ya gərginlik regionun bütün ölkələrinə təsir edəcək”.

Onun sözlərinə görə, region ölkələrinin daxil olduğu 3+3 formatı uzunmüddətli sülhə nail olmağa kömək edə bilər.

Qeyd edək ki, ABŞ-ın Ermənistanda böyük səfirliyi, biolaboratoriyaları var.

Tarix
2024.07.05 / 15:05
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

380 min azərbaycanlı geri qayıtmalıdır - Kılıç

Milyonçular sürətlə bu ölkələri tərk edir

Mən Qərbi Azərbaycandan qovulan nəslin övladıyam

Yeni prezident seçildi, İranla münasibətlər... - Bayramov

İrəvandan bu istiqamətdə addımlar atmaqlarını gözləyirik

Pezeşkian Xameneinin “qorxunc ssenarisidir” - Sensasion iddia

İki gündə Ermənistana ikinci şok: Sülh təcili bağlanmasa...

Fransada parlament seçkilərində onlar qalib gəlir

Pezeşkianinin qələbəsi İrəvana faydalı olacaq – Ananyan

Azərbaycanlılar Gürcüstana geri qayıdır – Mühüm səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla