Yuxarı

AZAL informasiya sistemlərini “Hökumət buludu”na köçürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hava Yolları QSC (AZAL) informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb.

AZAL-dan Axar.az-a verilən məlumata görə, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Prezident İlham Əliyevin 3 iyun 2019-cu il tarixli fərmanının icrası davam etdirilir.

Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu AZAL olub. Qurum “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom”un təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. Eyni zamanda qurum məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. Bundan başqa, şirkət “AzInTelecom” tərəfindən bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “AzDoc” proqram təminatı ilə təmin olunub. AZAL informasiya sistemlərini tam şəkildə Bakı Data Mərkəzinə yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Qeyd olunan “bulud” xidmətlərini AZAL QSC-nin tərkibindəki bütün strukturlar, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu da əldə edib.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, şirkət “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən 2 Data Mərkəzinə malikdir.

Tarix
2024.07.08 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla