Yuxarı

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana xüsusi nifrəti ilə seçilən Metakse Akopyan adlı keçmiş Qarabağ ermənisinin Ermənistan parlamentinin sədri Alem Simonyana sosial şəbəkə üzərindən yazdığı cavab bir sıra mətləbləri üzə çıxarıb.

Axar.az xəbər verir ki, M.Akopyan bir vaxtlar Qarabağ separatçılarının qondarma “parlamentində” “deputat” olub, 2023-cü il anti-terror əməliyyatından sonra isə Ermənistanda “partiyanı” QHT-yə çevirərək, Qarabağ ermənilərinin “hüquqlarının” müdafiəsinə girişdiyini bildirib.

M.Akopyanın sözlərinə görə, Alen Simonyanın Azərbaycanı müdafiə edib və Qarabağa bağlı “istənilən instutisional fəaliyyəti Azərbaycanın suverenliyinin pozulması” adlandırıb:

“Beləliklə, Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan Qarabağın özünüidarəsinə hər hansı cəhdin Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat kimi qiymətləndirildiyi rəvayətini effektiv şəkildə qəbul edir”.

Xatırladaq ki, bu müzakirə İrəvanda yerləşən keçmiş separatçı tör-töküntüsünün “parlament”, “prezident” oyununu davam etdirmək cəhdləri fonunda baş verir.

M.Akopyan Simonyana cavabda olduqca maraqlı məqama toxunub. O yazıb:

“Ermənistan Respublikasının Konstitusiyasında aydın ifadə var: Ermənistan Respublikası Artsaxın təhlükəsizliyini və onun öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini dəstəkləyir. Alenin sözləri bu prinsiplə ziddiyyət təşkil edir ki, bu da daxili siyasi səviyyədə Konstitusiya dəyərlərinin pozulması kimi qiymətləndirilə bilər”.

Faktiki olaraq M.Akopyan Ermənistan Konstitusiyasına söykənərək, Azərbaycana qarşı ərazi iddiasını əsaslandırır və Simonyanın “Konstitusiyaya hörmət” tələb edir.

Beləliklə, rəsmi Bakının Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı tələbdə nə qədər haqlı olduğu üzə çıxır. Ermənistan baş naziri Nikol Paşinyanın manipulyasiyalarına baxmayaraq, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları müxtəlif maddələrdə əks olunub və revanşistlər istənilən an bu maddələrə istinad edərək, sülh sazişini tanımaya və yeni işğala təşəbbüs göstərə bilərlər.

Tarix
2025.05.27 / 22:50
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Araz Musayevə hücumun görüntüləri yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla