Yuxarı

Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən öldürülən azərbaycanlı Hüseyn Səfərovun meyiti ilə bağlı ekspertizanın rəyi açıqlanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, ekspertizanın rəyinə əsasən, meyitin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib ki, dünən meyitlər axşam 10-11 radələrində şöbəyə qəbul edilib və meyitlərin müayinəsi gecəyarısı başa çatıb:

"Biz ekspertiza zamanı Hüseyn Mehdi oğlu Səfərovun bədənində xarici və daxili travmalar aşkarladıq. Sümüklərin yerdəyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda, xayalıqda qançırlar, aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlandı".

O qeyd edib ki, bir dəfə müayinə edilmiş meyitin ikinci dəfə təkrar ekspertizası çətin olur:

"Meyitin daxili müayinəsində isə kəllədaxili qansızmalar, baş-beyinin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların ikitərəfli, çoxsaylı anatomik xətlər üzrə yerdəyişmiş sınıqları aşkarlandı. Ağciyərin sümük ucları tərəfindən kəsilməsi, qabırğaarası əzələlərdə qansızmalar, parietal plevranın, ağciyərlərin cırılması və ikitərəfli hemapnevmatoroks vəziyyəti aşkarlandı. Bundan başqa, periton partlaması, qanla örtülməsi müəyyən edildi. Biz Hüseyn Səfərovun ölüm səbəbini posttravmatik və posthəmarragik şok olduğunu müəyyənləşdirdik.

Meyitləri müayinə etməmişdən əvvəl onların ölüm haqda tibbi şəhadətnamələrini təqdim etdilər. Sverlovsk vilayətinin verdiyi ölüm haqda şəhadətnamələr var. Hüseyn Səfərovun ölüm haqda şəhadətnaməsində ölüm səbəbi travma göstərilib.

Qraçova Kseniya Valeryevanın apardığı ekspertiza nəticəsində onun küt travma ilə qətlə yetirildiyi qeyd edilib.

Ölənin qardaşı - Ziyəddinin meyiti ilə bağlı rəydə isə onun ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib".

Tarix
2025.07.01 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla