Yuxarı

“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

Onlayn alış-verişdə sərhədsiz imkanlar təqdim edən, Umico artıq müştərilərinə Birmarket brendi adı altında xidmət göstərəcək. Rebrendinq prosesini uğurla başa vuran e-ticarət platforması 2 milyondan çox müştəriyə unikal alış-veriş təcrübəsi təqdim edir.

Azərbaycanın ən böyük elektron ticarət platforması olan Birmarket müştərilərinə elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məsulları, ev əşyaları da daxil olmaqla, onlarla kateqoriyada yüz minlərlə məhsul çeşidi təklif edir. Bununla yanaşı platforma istifadəçilərə sifarişləri ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Gəl al” təhvil məntəqəsindən əldə edə və ya kuryer vasitəsilə ünvanlarını tərk etmədən təhvil ala bilərlər. 24 ayadək hissə-hissə, taksitlə ödəniş və yerində kredit imkanı isə müştərilərə əlçətan, eləcə də sərhədsiz alış-veriş fürsəti yaradır.

“Birmarket”, özündə “Birbank”, “m10”, “MilliÖn” və digər servisləri birləşdirən “Bir” rəqəmsal ekosisteminin tərkib hissəsidir. Platforma ekosistemin digər iştirakçıları ilə sıx inteqrasiya olunub ki, bu da texnoloji uyğunluğu təmin edir və yeni funksiyaların tətbiqini sürətləndirir.

“Birmarket” brendinin istifadəyə verilməsi, “Bir” ekosistemindəki rolumuzu vurğulayır. Burada alış-veriş, ödənişlər və servislər vahid rəqəmsal məkanda birləşərək milyonlarla istifadəçi və tərəfdaş üçün yeni imkanlar yaradır”, - “Birmarket”in Baş icraçı direktoru Rauf Qulaməliyev bildirib.

Qeyd edək ki, 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə avtomatik olaraq Birmarket brendinə dəyişəcək. Bunun üçün istifadəçilərin mobil tətbiqi yeniləmələri kifayətdir. Həmçinin “Gəl al” məntəqələrinin yenilənməsinə də 1 iyul tarixindən etibarən start veriləcək və məntəqələr Birmarket adı altında fəaliyyətlərini davam etdirəcəklər. Brendin yenilənməsi mövcud hesablar, sifarişlər və loyallıq proqramlarında heç bir dəyişikliyə səbəb olmayacaq. İstifadəçilər əlavə əməliyyata gərək olmadan mövcud imkanlardan yararlana biləcəklər.

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank, m10, MilliÖn, Birmarket, BakıKart və Тrendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

Tarix
2025.07.01 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla