Yuxarı

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu gün keçirdiyi mətbuat konfransında rəsmi İrəvana qarşı xəbərdarlıq kimi qiymətləndirilən bəyanatlar verib. Tehranın bu mövqeyinin müəyyən səbəblərdən qaynaqlandığı görünür.

Birincisi, İranın İrəvandakı səfirliyinin önündə Pəhləviyə və etirazlara dəstək aksiyasının keçirilməsidir.

Ermənistan hakimiyyəti İranla bağlı yaranmış beynəlxalq gündəlik fonunda bu aksiyanın qarşısını almaqda maraqlı deyil. Tehran bunu anlayır.

İkincisi, ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi qarşısında Tehran yenidən “Ermənistan kartına” oynayır.

44 günlük müharibədən sonra İranın Ermənistan siyasəti regional maraqları ilə yanaşı, həm də lazımi məqamlarda Qərb ölkələrinə “regionunuzdakı müttəfiqinizi qoruyuram” mesajı veməklə dəstək qazanmağa – müdaxilənin önünü almağa hesablanıb. Mümkün müdaxilənin gözlənildiyi vaxt istisna deyil ki, Tehranın İrəvanı ittiham etməsi həm də Qərb ölkələrinə, xüsusilə Avropaya “Ermənistanı dəstəkləməkdən imtina edirəm” xəbərdarlığıdır. Bu, çıxılmaz vəziyyətdə olan İran rejiminin Qərbi müdaxilədən çəkindirmək üçün son həmlələri kimi qəbul oluna bilər.

Üçüncüsü, TRİPP layihəsi – Zəngəzur dəhlizi ilə bağlı son razılaşmadır.

ABŞ və Ermənistan Zəngəzur dəhlizi razılaşmasının icrası ilə bağlı birgə bəyanat imzaladı. İndiyə qədər dəhlizə qarşı Ermənistan üzərindən müqavimət göstərə bilən İran İrəvanın imzası ilə bu imkandan məhrum oldu. Bəyanatın imzalandığı gün İran səfirinin açıqlamaları, xüsusilə “Ermənistan İrana düşmən qüvvələrin hərəkətlərinin mərkəzinə çevrilir” sözləri İrəvana xəbərdarlıqdır.

İran Ermənistanın ABŞ-la yaxınlaşmaq siyasətində Tehranın da maraqlarını nəzərə almasına çalışır, bu məqsədlə indiyə qədər siyasi-iqtisadi dəstək verilib, indi isə sərt siyasi xəttə keçə biləcəklərini göstərir. Hərçənd, Paşinyan hakimiyyəti regionda artıq Bakı-Ankara cəbhəsində yer almağı seçib. Mövcud şərtlərdə İranın əlində ritorikadan başqa heç nə yoxdur.

Tarix
2026.01.14 / 21:11
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla