Yuxarı

Depressiyanı müəyyən edən 2 sadə sual

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Depressiyanı müəyyən edən 2 sadə sual

Depressiyanı yalnız iki sualla müəyyən etmək olar.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tanınmış həkim Aleksandr Myasnikov depressiv vəziyyətləri müəyyən etmək üçün istifadə edilə bilən iki sualı qeyd edib.

Həkim depressiyanın yalnız intellektual fəaliyyətlə məşğul olan insanlarda baş verdiyi nəzəriyyəsini təkzib edib. Onun sözlərinə görə, xəstəlik adətən aşağı sosial-iqtisadi statuslu insanlarda çox müşahidə olunur.

Myasnikov qeyd edib ki, xroniki xəstəlikləri olan insanların 45%-i depressiyadan əziyyət çəkir.

"Yəni, xroniki xəstəliyi olan demək olar ki, hər ikinci insan depressiyaya meyllidir".

Həkim depressiyanı diaqnoz etmək üçün istifadə edilə bilən iki sualı bildirib:

"Son iki ay ərzində etdiyiniz işdən narazılıq və baş verənlərin mənasızlığı hissi keçirdinizmi?" və "Son bir ay yarım ərzində özündən ümidsizlik və narazılıq hiss etdinizmi və bu 10 baldan neçə baldır?”.

Myasnikov özü etiraf edib ki, psixoloji vəziyyətini yoxlamaq üçün bu sualları hər gün özünə verir. Həkim insanın düşüncələrini izləməsinin vacibliyini vurğulayıb.

Tarix
2026.01.15 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla