Yuxarı

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abraham Ermənistana təhvil verilib.

Bu addımın obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediadakı müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər.

Axar.az xəbər verir ki, APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdyi məlumata görə, belə ehtimal yoxdur.

"Bu ehtimallar illyuziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur", - deyə hakimiyyətdəki mənbə bildirib.

Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib: "Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar".

Tarix
2026.01.14 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla