Yuxarı

İstanbuldan Tiflisə uçan təyyarə Bakıda məcburi eniş etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbuldan Tiflisə uçan təyyarə Bakıda məcburi eniş etdi

İstanbul–Tiflis marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus Boinq-737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır.

Bu barədə Axar.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Təyyarə yerli vaxtla saat 21:06-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya qovşağı kimi fövqəladə hallarda operativ cavab tədbirlərini dərhal həyata keçirərək, bütün zəruri texniki və logistik dəstəyi təmin edir. Aeroport, beynəlxalq standartlara əsasən, sərnişinlərin və uçuşların təhlükəsizliyini öz fəaliyyətinin mütləq prioriteti kimi müəyyənləşdirir.

Tarix
2025.05.27 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla