Yuxarı

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

İlham Əliyev və Şahbaz Şərif Laçındadır. Ərdoğanın da gələcəyi və üç liderin birlikdə Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəyi gözlənilir.

28 May – Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin azad olunmuş ərazilərdə - Laçında hava limanının açılışını etməsi hər şeydən öncə simvolik baxımdan önəmli detaldır. Bunu Azərbaycanın müstəqilliyinin 107-ci ildönümündə iki müttəfiq ölkə ilə birlikdə Şərqi Zəngəzurda üç istiqamətdə “əzələ nümayişi” kimi də qəbul etmək mümkündür.

1. Yeni Dehli-İrəvan: Hindistanın Müdafiə Sənayesi Dəhlizi layihəsi çərçivəsində Ermənistanın silahlandırılması sürətlənir;

2. Paris-İrəvan: Qərbi Zəngəzurda konsulluq açmağa hazırlaşan Fransa Ermənistan üzərindən regionda möhkəmlənmək xəttini inişaf etdirir;

2. Moskva-İrəvan: regiona qayıtmağa çalışan Rusiya Ermənistanda mövqelərini bərpa etmək məqsədilə Azərbaycana qarşı müqaviməti artırmağa cəhd edir; Lavrovun səfərində bu xətt açıq hiss olunurdu;

Birbaşa və dolayısı ilə Azərbaycana qarşı olan regional hadisələr fonunda rəsmi Bakı öz cəbhəsini məhz Şərqi Zəngəzurda – bölgədəki geosiyasi maraqların praktiki risklər yarada biləcəyi xətdə nümayiş etdirir.

Burada iki məqam – Pakistan-Hindistan toqquşması və Laçın hava limanının logistik əhəmiyyəti isə Əliyev-Ərdoğan-Şərif görüşünün siyasi traektoriyasını Cənubi Qafqaz sərhədlərindən kənara çıxarır.

Şahbaz Şərif Azərbaycana gəlişindən öncə Türkiyə və İranda səfərdə idi. Pakistan liderinin regional turnesi Hindistanla son toqquşmadan sonra dəstəyini genişləndirmək məqsədi daşıyır. Bu baxımdan, Pakistanın müttəfiqi olan Türkiyə və Azərbaycana səfər Hindistan qarşısında mövqelərini daha da gücləndirmək, İrana səfər isə Tehran-Dehli xəttindəki yaxınlığı İslamabadın xeyrinə dəyişmək gedişi kimi görünür. Lakin Şərifin məhz Laçına gəlişi və hava limanının açılışında iştirakı (TRT üç liderin birlikdə açılış edəcəyi haqda məlumat yayıb) Hindistan-Pakistan toqquşması kontekstində təsadüfə bənzəmir. Çünki Hindistanın Pakistana son hücumunda hədəflərdən biri Orta dəhlizdə kartları qarışdırmaq idi. Laçın hava limanı da Orta dəhlizin lojistik potensialını gücləndirəcək layihələrdəndir. Hindistanın hücumundan sonra Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın hava limanının açılışında birlikdə iştirakı Orta dəhlizin aktuallığının sərgiləmək, marşrut üzərində logistik imkanlarının artırıldığını nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

Tarix
2025.05.27 / 19:41
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir?

Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti...

Zəngilan Böyük Qayıdışın rəmzidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla