Yuxarı

Çində qasırğa: Bir milyon insan təxliyə edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin cənub sahillərinə yaxınlaşan güclü “Yaqi” qasırğası ilə əlaqədar təxminən bir milyon sakin təxliyə edilib.

Axar.az xəbər verir ki, “Yaqi” sentyabrın 6-da 16:20-də Haynan adasının Vençan şəhərinə çatıb. Küləyin sürəti saniyədə 62 metr təşkil edib. Proqnozlara görə şimala doğru hərəkət edən qasırğa təkcə Haynan adasında deyil, Quandon və Quansi əyalətlərində, Honkonq xüsusi inzibati ərazisində də ciddi fəsadlar törədəcək. Çinin Milli Meteorologiya Mərkəzi “qırmızı” səviyyədə xəbərdarlıq elan edib, müvafiq qurumlara qabaqlayıcı tədbirlər görmək tapşırılıb. Turizm məkanları bağlanıb, gəmi səfərləri, 141 qatar reysi təxirə salınıb, bəzi yaşayış məntəqələrində məktəblər bağlanıb.

Qasırğanın sentyabrın 7-də səhər saatlarında 2-ci dəfə quruya yaxınlaşması gözlənilir. Bu səbəbdən Haynan adasında 420 min, Quandon əyalətində isə 570 min sakin təxliyə edilib. Mümkün fəsadlarla mübarizəyə mülki müdafiə qüvvələri, habelə texniki və tibbi briqadalar cəlb olunub.

Tarix
2024.09.06 / 19:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu azərbaycanlılar müharibəyə zorla göndərildi - Rusiyaya nota

35 məntəqə seçki komissiyası buraxıldı

İrəvandan Bakıdakı tədbirlə bağlı növbəti açıqlama

İrəvan bu “sərhədlərlə” sülhə can atır

Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne

Baş nazirdən daha bir qərar

Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video

Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri

Paşinyan erməni xalqından üzr istədi - Səbəb

Kremlin Bakının işinə qarışması qəbuledilməzdir - İran

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla