Yuxarı

Azərbycan himnini eşidəndə... - Formula-1 pilotu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda olduqca həyəcanlı və rəqabətli mübarizə keçdi.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisinin sıralama turunda üçüncü olan "Ferrari"nin pilotu Karlos Sayns mətbuat konfransında deyib.

İspaniyalı sürücü Bakının ən yaxşı treklərdən biri olduğunu söyləyib:

"Burada çoxlu döngələr var. Bəzi döngələrdə sürəti azaltmaq məcburiyyətində qalırsan. Bu, sürücüdə stressə səbəb olur. Amma mən rahat idim, həyəcanımı boğa bilmişdim. Belə çətin treklər özümü inkişaf etməyimə kömək olur".

O, ilk üçlükdə yer almağın yaxşı nəticə olduğunu vurğulayıb: "Gərgin mübarizə idi. Həftəsonunu gözləyəcəyik. Sabahkı yarışda hamıya uğurlar arzulayıram".

Pilot Azərbaycan Himninə qulaq asmağı sevdiyini bildirib: "Nədənsə, bu musiqi mənə güc verir. Himnin sözlərini əzbər bilməsəm də, melodiyasını çox xoşlayıram. Bu musiqini eşidəndə tüklərim biz-biz olur".

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Tarix
2024.09.14 / 17:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bizə cavabı belə oldu: Dedilər, əgər belədirsə… - Nikol

Paşinyan Azərbaycandan qaz idxalından danışdı

Baş nazirdən əmək müqavilələri ilə bağlı qərar

Orduda islahatlar aparırıq, silah alırıq, ancaq müharibə... - Nikol

Tahir Mirkişilinin sayəsində Bakı xilas oldu

Qərb it kimi Azərbaycana dartınır - Markov

Hacıyevdən Minsk qrupu ilə bağlı açıqlama

COP29-da Ermənistanın iştirakı ilə bağlı yekun qərar... - Paşinyan

Ermənistana münasibətdə yeni plan hazırlanır

COP29: Ermənistan qərar verməlidir - Hacıyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla