Yuxarı

Böyük günlərdir: 7 cəbhədə savaşırıq, reallığı dəyişirik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən və Livandakı zərbələr indi Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.

“Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirini qırdıq, Hizbullaha böyük zərbə vurduq, Nəsrullahı aradan qaldırdıq, sistemli olaraq onun yüksək səviyyəli komandirlərini sıradan çıxarırıq. Paralel olaraq bir müddət əvvəl İsrail ordusu Yəməndə düşmənlərimizə yenidən zərbələr endirib. Hər kəs hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin verdiyi bədəli izləyir”, - o bildirib.

Baş nazirin sözlərinə görə, onun ölkəsi hazırda böyük, lakin eyni zamanda çətin günlər yaşayır, yeddi cəbhədə müharibə aparır:

“Böyük günlərdir, çünki Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizdə yeni ittifaqlar ehtimalını da yaradır. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”.

Tarix
2024.09.30 / 10:37
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - İddia

Azərbaycanlı Makronun cangüdəninə 6 milyon rüşvət verib ki…

Türkiyə bu qitədə güclənir: Xaricdəki ən böyük bazası…

Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq

Ceyhun Bayramov BMT baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla