Yuxarı

“Azərbaycanın milli parklarının tanıtımı” bu dəfə Gəncədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 sentyabr 2024-cü il tarixində Gəncə şəhəri Filarmoniya bağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, "Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında bu dəfə Gəncədə baş tutacaq tədbirdə ölkəmizdə fəaliyyət göstərən 10 milli parkın hər birinin özünəməxsusluğunu əks etdirən stendlər yer alacaq, milli parklara aid videoçarxlar, ekoturizm marşrutları nümayiş etdiriləcək.

Onun sözlərinə görə, digər tədbirlərdə olduğu kimi, bu tədbir çərçivəsində də canlı ifalar və milli rəqslər yer alacaq, gənc rəssamlar milli parklara aid rəsmlər çəkəcək, iştirakçılar arasında ekoviktorina təşkil olunacaq.

“Milli parkların tanıtımı ilə bağlı əvvəlki tədbirlərimiz iştirakçı marağına səbəb olduğundan növbəti tədbirin Gəncədə təşkilinə qərar verdik. Düşünürük ki, bu cür tədbirlərdə ziyarətçilər ölkəmizdəki milli parkların ekosistemi ilə yaxından tanış olmaq imkanı qazanır".

Nazirlik sözçüsü ekoturizm həvəskarlarını milli parklarımızın stendləri ilə yaxından tanış olmağa və hər bir milli park haqqında maraqlı məlumatlar əldə edərək gələcəkdə asudə vaxtlarını milli parklarda səmərəli keçirmək üçün bu seçim fürsətini dəyərləndirməyə çağırıb:

“Bu tədbir həm də milli parklarımızı daha yaxından tanımağa və tanıtdırmağa yaradılan bir fürsətdir. Hər birinizi Sizlər üçün təşkil edilən bu tanıtım fürsətindən yararlanmağa çağırırıq”.

Tarix
2024.09.30 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Prezident Leonid Slutskini qəbul etdi

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - İddia

Azərbaycanlı Makronun cangüdəninə 6 milyon rüşvət verib ki…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla