Yuxarı

Dünya fəsillərin yerinin dəyişməsi ilə üz-üzədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya fəsillərin yerinin dəyişməsi, ekstremal hava hadisələri ilə üzləşməkdədir.

Axar.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, buna görə dünya uzlaşma həlləri üçün birlikdə tədbirlər görməlidir:

“Uğurlu uyğunlaşma yalnız hökumətlərdən asılı deyil. Burada hər kəsin davamlı iştirakı, biliklərin səmərəli idarə edilməsi tələb olunur. Paris sazişi çərçivəsində Qlobal Uyğunlaşma adlı qurum yaradıldı. Temperaturun 1,5-dən yuxarı qalxması risklər yaradır. Dünya təhlükəli həddə doğru irəliləyir. Temperaturu 1.5-dən aşağı salmaq üçün tədbir görmək imkanları azalır”.

“Bizim ölkəmiz unikal ölkədir. İqlim dəyişikliyi nəticəsində ölkəmizdə də meşə yanğınları, su ehtiyatlarının azalması, buzlaqların əriməsi kimi problemlər özünü göstərir. Son 10 ildə yağıntıların ciddi surətdə azalması kənd təsərrüfatına da təsir göstərib. Ölkəmizdə iqlim dəyişikliklərinin təzahürləri müşahidə edilir. Biz misli görülməmiş sayda -147 daşqınla üzləşdik. Bu il isə hələ payız olmasına baxmayaraq, daşqınların sayı 102-ni keçib. Ölkənin Üçüncü Qırmızı Kitabının həcmi artıb. Çünki ölkədə təhlükədə olan flora və faunanın sayı artmaqdadır”, – deyə o əlavə edib.

Tarix
2024.09.30 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Prezident Leonid Slutskini qəbul etdi

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - İddia

Azərbaycanlı Makronun cangüdəninə 6 milyon rüşvət verib ki…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla