Yuxarı

Ukrayna Xarkovu boşaldır: məcburi təxliyə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Xarkovu boşaldır: məcburi təxliyə...

Xarkov vilayətində üç icmanın sakinləri məcburi təxliyə ediləcəklər. Bu qərar xüsusilə Kupyansk şəhərinə aiddir.

Axar.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O bildirib ki, Xarkov vilayətində qış mövsümünə hazırlıq gedir. Ən çətin vəziyyət indi Kupyansk istiqamətindədir. Mövsümə hazırlıqla bağlı briqadalar müntəzəm olaraq atəşə məruz qalırlar. Şəhəri ayıran Oskol çayının sol sahilində elektrik enerjisinin, eləcə də istilik və su təchizatının bərpasına zəmanət verilə bilməz.

Onun sözlərinə görə, təkcə Oskol çayının hər iki sahilində 7 min nəfər yaşayır. Administrasiya rəhbəri vurğulayıb ki, Xarkov şəhərində təxliyə üçün yerlər hazırlanıb. Artıq 234 uşaq ailələri ilə birlikdə Kupyansk və yaxınlıqdakı icmalardan təxliyə edilib.

Sinequbov qeyd edib ki, bu gün həmçinin İzyum rayonunun Borovaya kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib.

Tarix
2024.10.15 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla