Yuxarı

Cənubi Koreya Rusiya səfirini XİN-ə çağırdı: Xəbərdarlıq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi KXDR hərbçilərinin Rusiyada olması ilə bağlı yayılan məlumatla əlaqədar quruma çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya XİN məlumat yayıb.

“Bu mövzuda qəti mövqe tutur, KXDR qoşunlarının dərhal çıxarılmasını tələb edir və bununla bağlı əməkdaşlığa son qoymağa çağırırıq”, - məlumatda deyilir.

Nazirlik mövcud vəziyyəti beynəlxalq ictimaiyyət üçün təhdid adlandırıb, Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin bir sıra qətnamələrinin pozulduğunu qeyd edib.

Xatırladaq ki, oktyabrın 18-də Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsini müzakirə etmək üçün təcili təhlükəsizlik iclası keçirmişdi.

Tarix
2024.10.21 / 16:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

326 milyon manatı mənimsəyən dəstə ilə bağlı yeni xəbər

Azərbaycandan xaricə aviareyslərin qiymətləri açıqlandı

MM-də Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu...

Prezident Moldova ilə bağlı bu sazişi təsdiqlədi

Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla