Yuxarı

Putini həbs etmədiyi üçün BCM bu ölkəni cəzalandırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayət Məhkəməsi üzv dövlət Monqolustanı keçən ay Rusiya Prezidenti Vladimir Putini bu ölkəyə səfəri zamanı həbs etməməkdə günahlandırıb və işi əlavə tədbirlər görülməsi üçün təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Beynəlxalq Cinayət Məhkəməsi hesab edir ki, cənab Putini öz ərazisində olarkən həbs edib, məhkəməyə təhvil verməməklə Monqolustan məhkəmənin əməkdaşlıq tələbini yerinə yetirməyib”, - BCM-in bəyanatında deyilir.

Qeyd edilib ki, məhkəmənin yurisdiksiyasını qəbul edən üzv ölkələr rəsmi statusundan və vətəndaşlığından asılı olmayaraq, BCM-nin həbs orderi çıxardığı şəxsləri həbs etməli və təxliyə etməlidir:

“Monqolustanın BCM ilə əməkdaşlıqdan imtinasının ciddiliyini nəzərə alaraq, Palata məsələnin İştirakçı Dövlətlərin Assambleyasına göndərilməsini zəruri hesab edib".

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin həbsinə order verib. Putin ötən ay Monqolustana səfər edib. Monqolustan Roma Statutunu ratifikasiya etsə də, Putinin həbsi tələbindən imtina edib.

Tarix
2024.10.24 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının işğaldan azad olunmasından 4 il ötür

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Slovakiya prezidenti Azərbaycana gələcək

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Bayramovla Mirzoyana sülhlə bağlı təlimat verildi

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Sülh üçün əlimizdən gələni edirik - Rubinyan

İlham Əliyev BRİKS-in iclasında - Foto

Bakı və İrəvan arasında delimitasiyanın başlaması... - Putin

Ankara teraktının qarşısı niyə alınmadı? - Ağar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla