Yuxarı

Sülh üçün əlimizdən gələni edirik - Rubinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz sülh müqaviləsini daha tez bağlamaq üçün əlimizdən gələni, yolların açılmasını təmin etmək üçün mümkün olan hər şeyi edirik.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O, bu yaxınlarda İstanbulda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşdüyünü də xatırladıb:

“İndi sülh müqaviləsinin imzalanmasının mümkün olmasına cəhd edilir və bu istiqamətdə hər şeyi edirik”.

“Danışıqların hansısa mərhələsində vasitəçiyə ehtiyac ola bilərmi” sualına o, belə cavab verib:

“Hər şey mümkündür, lakin indiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Danışıqlar zamanı tərəflər özləri də otaqda tək olublar. Formatın nə vaxtsa dəyişəcəyini istisna etmirəm, amma hələlik hər şey belə gedir”.

Ermənistanın Azərbaycanla sərhədin demarkasiyası üzrə komissiyaların reqlamentinin ratifikasiyası məsələsində tələsdiyi ilə bağlı fikirlərə münasibət bildirən Rubinyan deyib:

“Niyə tələsməməliyik, yaxşı bir şeyin tez baş verməsini niyə istəməməliyik?

Tarix
2024.10.24 / 16:41
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Slovakiya prezidenti Azərbaycana gələcək

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Bayramovla Mirzoyana sülhlə bağlı təlimat verildi

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

İlham Əliyev BRİKS-in iclasında - Foto

Bakı və İrəvan arasında delimitasiyanın başlaması... - Putin

Ankara teraktının qarşısı niyə alınmadı? - Ağar

Əliyevlə Paşinyanın səmimi söhbətinə Kremldən reaksiya

Sülh müqaviləsində bu məsələlər razılaşdırılıb - Paşinyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla