Yuxarı

Tramp Moskvanı vurmaqla hədələyib? – Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanı təhdid etməyin mənası yoxdur, çünki bu, bizi yalnız ruhlandırır. Amma cənab Trampla belə bir söhbəti xatırlamıram.

Axar.az xəbər verir ki, bu sözləri Kazanda BRİKS sammitindən sonra keçirilən mətbuat konfransı zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampın iddiasına münasibət bildirən Prezident Vladimir Putin deyib.

O, həmçinin bu cür bəyanatları ciddi qəbul etməməyə çağırıb:

“Çünki ABŞ hazırda seçki kampaniyasının kəskin mərhələsindədir”.

Putin həmçinin Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq istəyini “səmimi” adlandırıb və əlavə edib ki, Rusiya bu cür bəyanatları alqışlayır.

Qeyd edək ki, Donald Tramp “Voll Strit Jurnal”a müsahibəsində Vladimir Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanı vuracağı ilə hədələdiyi iddia edib.

“Dedim ki, Vladimir, Ukraynanı təqib etsən, səni (Moskvanı nəzərdə tutur - red.) o qədər güclü vuracağam ki, inanmayacaqsan. Mən lənətə gəlmiş Moskvanın düz mərkəzini vuracağam. Dedim ki, biz dostuq, bunu etmək istəmirəm, amma seçimim yoxdur”, - o bildirib.

Tarix
2024.10.24 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının işğaldan azad olunmasından 4 il ötür

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Slovakiya prezidenti Azərbaycana gələcək

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Bayramovla Mirzoyana sülhlə bağlı təlimat verildi

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Sülh üçün əlimizdən gələni edirik - Rubinyan

İlham Əliyev BRİKS-in iclasında - Foto

Bakı və İrəvan arasında delimitasiyanın başlaması... - Putin

Ankara teraktının qarşısı niyə alınmadı? - Ağar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla