Yuxarı

Kapital Bank "SIBOS 2024"də iştirakını uğurla yekunlaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21-24 oktyabr 2024-cü il tarixlərində Pekində baş tutan “SIBOS 2024” beynəlxalq sərgisi yekunlaşdı. Dünya maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirən sərgi gələcək maliyyə trendlərinin müzakirə olunduğu mühüm platforma oldu. Ölkənin birinci bankı Kapital Bank, keçdiyi rəqəmsal transformasiya yolunu və tətbiq etdiyi innovativ həlləri təqdim edərək sərgidə iştirakını uğurla tamamladı.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dünya maliyyə nəhəngləri ilə keçirilən strateji görüşlərdə iştirak edərək rəqəmsallaşma və maliyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə etdi. Bu görüşlər bank üçün yalnız mövcud müxbir əlaqələrin gücləndirilməsi deyil, eyni zamanda yeni bazar imkanlarının dəyərləndirilməsi baxımından da əhəmiyyətli oldu. Daha bir vacib məqam isə Fərid Hüseynovun beynəlxalq mətbuata verdiyi müsahibə oldu. Müsahibədə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal transformasiya, yeniliklər və gələcək inkişaf perspektivləri haqqında geniş məlumat verildi.

Tədbir çərçivəsində Kapital Bank-ın stendində yüzlərlə ziyarətçi bankın fəaliyyət sahələri ilə tanış olaraq Azərbaycandakı bankçılıq təcrübəsi, rəqəmsal transformasiya addımları və innovativ həllər haqqında məlumat aldı. Ölkəmizin sahib olduğu milli mənəvi dəyərləri beynəlxalq arenda tanıtmaq məqsədilə ziyarətçilərə milli atributlarla zəngin xüsusi hədiyyələr təqdim olundu.

Kapital Bank üçün “SIBOS 2024” beynəlxalq maliyyə icmasına dərin inteqrasiya, yeni tərəfdaşlıqlar və innovativ həllərin beynəlxalq arenada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Qlobal maliyyə bazarının inkişafına yön verən bu tədbirdə iştirak etmək bankın uzunmüddətli strategiyasında irəliyə atılmış əhəmiyyətli addımlardan biridir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Tarix
2024.10.24 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının işğaldan azad olunmasından 4 il ötür

Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Slovakiya prezidenti Azərbaycana gələcək

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

Bayramovla Mirzoyana sülhlə bağlı təlimat verildi

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Sülh üçün əlimizdən gələni edirik - Rubinyan

İlham Əliyev BRİKS-in iclasında - Foto

Bakı və İrəvan arasında delimitasiyanın başlaması... - Putin

Ankara teraktının qarşısı niyə alınmadı? - Ağar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla