Yuxarı

Yəhudilər Fransanı tərk edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə mühacirət son illər azalsa da, Fransa yəhudiləri bu tendensiyanı pozurlar. Keçən il 3300 yəhudi Fransadan İsrailə mühacirət edib. Bu rəqəm 2012-ci ilin göstəricilərindən 63 faiz çoxdur.

5 uşaq atası, 44 yaşlı diş həkimi Devid Tibi Parisdə özünü inkişaf etdirə bilib və şəhər ətrafında özünə ev də alıb. Onun həyat yoldaşı həkimdir və Tibi burada Yəhudi icmasına rəhbərlik edir.

Ancaq iyulun əvvəllərində Tibi ailəsi Fransanı tərk edən 1000 yəhudinin arasında olacaq. O, artıq evini satıb, ofisini isə həmkarları işlədəcək. Ailəsi İsrailə təktərəfli uçuş bilet alıb.

Ekspertlər deyir ki, Fransadakı yəhudiləri İsrailə köçməyə məcbur edən müxtəlif səbəblər var. Çoxlarının İsraildə ailəsi var və məzuniyət və istirahət üçün oraya müntəzəm olaraq gedirlər. Fransada zəifləyən iqtisadiyyat və yüksək vergilər mühacirətə səbəb olan başlıca faktorlardandır. Keçən ay Fransada işsizlik 11 faizdən yuxarı qalxıb. Müqayisə üçün deyək ki, İsraildə bu göstərici 6 faizdən aşağıdır.

Fransadakı Yəhudi Agentliyinin direktoru Ariel Kandel deyir ki, anti-semitizm başqa bir səbəbdir. Onun sözlərinə görə, bu günlər Fransada yəhudi olmaq asan iş deyil, xüsusilə açıq şəkildə etiqadlarını ortaya qoyaraq başını bağlayanlar üçün.

Keçən il Fransadan rekord sayda – 3270 yəhudi İsrail mühacirət edib. Kandel inanır ki, rəqəm 4000-5000-ə çata bilər. "Hazırda İsrailə köçmək tendensiya halını alıb" – deyə Kandel bildirir.

Fransada təxminən 500 min yəhudi var. Bu Avropada yəhudilərin ən böyük icmasıdır. Tibinin ofisinin yanındakı parl şənbə günü sinaqoqdan sonar yəhudilərlə dolu olur.

Tibi deyir ki, Fransada qalan yəhudilər ya İsrail və yəhudi həyatına az bağlı olanlar ya da anti-semitizmə qarşı mübarizə aparanlar olacaq.

Tibi artıq seçimini edib və o Fransanı böyük ürək ağrısı ilə tərk etdiyini deyir ("Amerikaninsesi.org").

Tarix
2014.02.15 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla