Yuxarı

Tramp məndən soruşdu ki… - Mişa tarixi qarışdırdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp məndən soruşdu ki… - Mişa tarixi qarışdırdı?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Donald Trampın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı onun fikrini necə soruşduğundan bəhs edib.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb.

“2013-cü ildə, artıq prezidentliyimdən sonra, mən Nyu Yorkda idim, Maykl Koen mənə zəng edərək, Donaldın danışmaq istədiyini dedi və telefonu ona verdi. O soruşdu ki, hardasan? Dedim Nyu Yorkdayam, istəyərsənsə, gəl, görüşək. O, mənə söz verdi ki, Uilyamsburqda məni ziyarət edəcək və yeri gəlmişkən məndən soruşdu ki, Mişa, mənim yenidən prezidentliyə namizədliyimi irəli sürməyim haqda nə düşünürsən? Cavab verdim: Siz mənim bu məsələ ilə bağlı fikrimi bilirsiniz, biz artıq dəfələrlə danışmışıq, təbii, hesab edirəm ki, sizin çox yaxşı şansınız var. Cavab verdi: Bildiyimə görə, ətrafımda heç kim şansım olduğuna inanmır. Mən onu ruhlandırdım və dedim: Onlara inanma. Sonra o, Maykla dedi, görürsən, mən sənə dedim, Mişa da deyir ki, mənim şansım var”, - Mixail Saakaşvili vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, Tramp 2016-cı il seçkilərində qalib gəlib, 2020-ci ildə isə uduzub. Ona görə də Saakaşvilinin 2013-cü il əhvalatı və Trampın “yenidən namizədliyimi irəli sürməyimə necə baxırsan” soruşması əlavə aydınlatma istəyir. Belə ki, Tramp ilk dəfə 2000-ci ildə prezidentliyə namizədliyini (ilkin seçkilərdə) irəli sürüb.

Tarix
2024.11.06 / 23:44
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

SEPAH-dan növbəti böhtan: Azərbaycanı hədələdi - Foto

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - Foto

Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

Qalibafdan xəbərdarlıq: Ölkələr sülhdən zövq almayacaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla