Yeni yaradılan fondun nizamnamə kapitalı açıqlandı
18:44
Ana səhifə Planet |
İran və Pakistan hərbçiləri sərhəd məntəqəsində etnik bəlucların silahlı qruplaşması “Ceyş əl-Ədl”ə qarşı əməliyyat keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə “Ceyş əl-Ədl”in yaydığı bəyanatda deyilir.
Pəncqur və Saravan arasındakı Səbzkuh sərhəd bölgəsində quru və havadan keçirilən əməliyyat nəticəsində qruplaşmanın 12 üzvü ölüb, dördü isə yaralanıb.
Silahlı qruplaşma əməliyyat zamanı iki komandirinin də öldüyünü təsdiq edib.
Qeyd edək ki, etnik bəluclara qarşı əməliyyat İranın xarici işlər naziri Abbas Arakçının Pakistana səfəri ilə eyni vaxta keçirilib.
Tarix
2024.11.07 / 15:13
|
Müəllif
Axar.az
|