Yuxarı

Əsədə qarşı böyük əməliyyat: Hələb çökmək üzrədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədə qarşı böyük əməliyyat: Hələb çökmək üzrədir

İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşmasının türkiyəyönlü qüvvələrin yardımı ilə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi silahlılara qarşı əməliyyatının detalları bəlli olub.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində dünəndən bəri “Heyət Təhrir əş-Şam” Hələb ətrafında böyük bir ərazini Suriya qoşunlarından təmizləyib.

Qruplaşma indiyə qədər Aqil təpəsi, Əl-Raqib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi ilə yanaşı 32 kəndi ələ keçirib.

“Heyət Təhrir əş-Şam”ın ələ keçirdiyi ərazinin 254 kv.km-ə yaxın olduğu bildirilir.

Müxaliflərin hərbi komandanlığı gərgin döyüşlərdən sonra Hələbin 20 km-də yerləşən Urm Əl-Kübra qəsəbəsinin Əsəd qüvvələri və iranlı milislərdən geri aldıqlarını bildirib.

Qeyd edək ki, dünəndən etibarən “Heyət Təhrir əş-Şam” qruplaşması Suriya ordusu və İranın dəstəklədiyi silahlılara qarşı böyük əməliyyata başlayıb. “Heyət Təhrir əş-Şam” qruplaşmasının əməliyyatları "türkiyəyönlü qüvvələrin dəstəyilə" həyata keçirməsi barədə Rusiya mediası iddia yayıb.

Tarix
2024.11.28 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla