Yuxarı

Kadırova qarşı kampaniya: Ondan üzr istə!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırova qarşı kampaniya: Ondan üzr istə!

Rusiyanın Krasnodar diyarının deputatları Teleqramda Çeçenistan rəhbəri Ramzan Kadırovu İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkindən üzr istəməyə çağıran həştəq yaradıblar.

Axar.az xəbər verir ki, Çeçenistan rəhbərinin bəyanatları ilə bağlı ilk olaraq Kuban bələdiyyəsinin deputatı Sergey Kusmakov narahatlığını dilə gətirib.

O, Kadırovun İstintaq Komitəsinin rəhbərinə “yer göstərməsini” qəbuledilməz hesab etdiyini vurğulayıb.

“Biz heç kimin qəhrəmanımız Bastrıkinlə bu cür rəftar etməsinə icazə verməyəcəyik”, - deyən Kusmakov #KadyrovApologize həştəqini də əlavə edib.

Onun mövqeyini Krasnodar diyarının qanunvericilik məclisinin deputatı Sergey Klimov dəstəkləyib və İstintaq Komitəsinin rəhbərini müdafiə edib.

"Biz Bastrikinin inciməsinə imkan verməyəcəyik", - deyə Klimov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ramzan Kadırov Aleksandr Bastrıkin və Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevi kəskin tənqid edərək, onların yerində olmadıqlarını və prezidentin qarşıya qoyduğu tapşırıqların öhdəsindən gəlmədiklərini deyib.

Tarix
2024.12.07 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla