Yuxarı

Rusiya öz səmasında Santa Klausu da vurdu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya öz səmasında Santa Klausu da vurdu - Video

Rusiya tərəfindən yayımlanan Yeni il video-təbriki müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, bunu Rusiyanın hökumətyönlü Teleqram kanalları paylaşıblar.

Belə ki, videoda Rusiyaya gələn Santa Klausun HHM sistemi ilə məhv edildiyi görünür. Şaxta baba isə bunu alqışlayır və "bizim səmamızda başqasının nə işi var", - deyir.

Sosial şəbəkələrdə bu video narazılıqla qarşılanıb. Xüsusilə də AZAL təyyarəsinin Qroznı səmasında vurulması və bu səbəbdən Aktauda qəzaya uğramasından sonra insanlar buna qeyri-normal yanaşıblar.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.27 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla