Yuxarı

Öcalanla görüş TBMM-də müzakirə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öcalanla görüş TBMM-də müzakirə edildi

Türkiyədə DEM Partiyasının İmralı görüşündə (Abdullah Öcalan – red) iştirak edən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub.

Axar.az xəbər verir ki, Pərvin Buldan, Əhməd Türk və Sırrı Süreyya Öndərdən ibarət heyət TBMM sədri Numan Qurtulmuşla görüşüb.

Görüşdən sonra açıqlama verən Öndər Qurtulmuşu İmralı görüşü barədə məlumatlandırdıqlarını açıqlayıb:

“Təkliflərini dinlədik. Ümumi qiymətləndirmə apardıq. Bu görüş cənab Baxçalı (MHP sədri – red.) ilə davam edəcək. Düşünürəm ki, bazar ertəsi Cümhuriyyət Xalq Partiyası, AKP və TBMM-də təmsil olunan bütün partiyaları ziyarət edəcəyik. Nümayəndə heyəti olaraq bütün səfərlərdən sonra geniş açıqlama verəcəyik. Bugünki görüş yaxşı keçdi, ümidliyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüb. Görüşdən sonra DEM Partiyası Öcalanın fikirlərini açıqlamışdı.

Tarix
2025.01.02 / 16:09
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla