Sürətlə dəyişən fintek dünyası bir neçə şəxsin sayəsində sürətlə inkişaf edir. Azərbaycanda bu sahəyə dərin və davamlı təsir göstərən mütəxəssislərdən biri Vüsal Süleymanovdur.
Axar.az xəbər verir ki, bazar genişləndirilməsi, məhsul inkişafı və əməliyyat səmərəliliyini artırılması istiqamətində əhəmiyyətli təcrübəyə malik olan Süleymanov inkişafyönümlü və yenilikçi bir rəhbər nüfuzuna da malikdir. O, elektron ödəniş şirkətlərində müştəriləri ilə kommunikasiyanın qurulması üsulunu əhəmiyyətli dərəcədə təkmilləşdirərək, həm müştəri məmnuniyyətini, həm də biznes nəticələrini yüksəltməyə nail olub.
Vüsal Süleymanovun liderlik bacarığı və təcrübəsi maliyyə texnologiyaları sektorunun sürət və dəyişkənliyinin idarə olunmasında mövcud olan çətinliklərin öhdəsindən gəlməkdə mühüm rol oynayıb. Onun rəhbərliyi ilə həyata keçirilən layihələrdə şirkətlər qlobal rəqəmsal iqtisadiyyatın davamlı transformasiyasına uyğunlaşmaqla yanaşı, daha da inkişaf edib. Ödəniş sistemlərini modernləşdirmək səyləri əməliyyatların təkmilləşdirilməsi üçün yeni meyarlar müəyyənləşdirərək, ödəniş terminalları kimi tanınan köşklər vasitəsilə rəqəmsal ödəniş həllərinin əlçatanlığını daha geniş auditoriyaya çatdırıb. Bu addımlar peşəkara rəqəmsal iqtisadiyyatın böyüməsini təmin edərək maliyyə xidmətlərinin spektrini genişləndirmək imkanı verib.
Vüsal Süleymanovun fintek sahəsində ən əsas layihələrindən biri eManat olub. O, Azərbaycanda özünəxidmət ödəniş köşk sisteminin yaradılması təşəbbüsünə rəhbərlik edib. Fəaliyyəti zamanı Azərbaycanda innovativ ödəniş sistemlərinin tətbiqinə mane olan bir sıra çətinliklərin aradan qaldırılmasında uğur qazanıb. Bu təşəbbüs yalnız eManat üçün deyil, həm də bütün Azərbaycan üçün dönüş nöqtəsi olmuşdur. Bu köşklərin bütün ölkədə, xüsusilə kənd yerlərində və az inkişaf etmiş ərazilərdə yerləşdirilməsi ilə rəqəmsal ödəniş həllərinin ənənəvi maliyyə sistemindən kənarda qalmış əhali üçün əlçatan olması təmin edilib.
Bu köşklər milli iqtisadiyyatda maliyyə sektorunun inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Onlar sadəcə ödəniş cihazı deyil, həmçinin istehlakçıları dəstəkləkləməyə yönəlmiş və maliyyə sistemi ilə təhlükəsiz və səmərəli qarşılıqlı əlaqələr üçün vacib olan vasitələrdir. Azərbaycanın milli miqyasda geniş və əlçatan ödəniş həlləri təmin edən ölkə kimi ön sıralara çıxmasında Vüsal Süleymanov kimi mütəxəssisin göstərdiyi xidmətlərin böyük əhəmiyyəti var.
Uğurlardan danışarkən, yalnız ödəniş sistemlərində deyil, həm də Azərbaycanın fintek ekosistemini tənzimləyən normativ çərçivənin formalaşdırılmasında əldə edilmiş nailiyyətləri də qeyd etmək yerinə düşər. Azərbaycanın “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun hazırlanmasında Vüsal Süleymanovun iştirakını əhəmiyyətli bir uğur saymaq olar. Qanunvericilik işçi qrupunun əsas üzvü olaraq, Vüsal Süleymanov ödəniş və elektron pul şirkətləri üçün ciddi lisenziya tələblərinin tətbiqi ilə bağlı mühüm işlər görüb və bu, sektorun etibarlılığının gücləndirilməsinə töhfə verib.
Yeni normativ çərçivə yalnız yerli elektron ödəniş həllərinin etibarlılığını artırmaqla qalmamış, həm də ödəyicilər və bizneslər arasındakı inamı artırmışdır. Bu qanun Azərbaycanda fintek sahəsinin inkişafı üçün daha şəffaf və təhlükəsiz mühit yaratmaqla ölkədə maliyyə xidmətləri sahəsində əhəmiyyətli dönüş yaratdı.
Vüsal Süleymanov AZFINA-nın (Azərbaycanın Fintek Assosiasiyası) innovativ rəqəmsal həllər üzrə ekspert qrupunun üzvü olaraq, bu sahə üzrə ən yaxşı təcrübələrə bələd olduğunu nümayiş etdirmiş və fintek sahəsində yüksək standartların qorunub saxlanmasına dəstək vermişdir. AZFINA Azərbaycanın ən nüfuzlu fintek təşkilatıdır və ölkənin əsas fintek təşkilatlarını özündə birləşdirməklə dövlət qurumları qarşısında həmin təşkilatları təmsil edir.
Hazırda AZFINA-nın üzvlərinin sayı 20-dən çoxdur və onların sırasına ödəniş terminalları, ödəniş aqreqatorları, mobil ödəniş həlləri, elektron pul buraxılışı, QR-kod ödənişləri və digər əlaqəli xidmətlər təklif edən aparıcı şirkətlər, o cümlədən eManat, Mpay, Azercell, PashaBank və Azintelecom daxildir.
Bu gün Vüsal Süleymanovun fintek sahəsinə təsiri böyük əhəmiyyət kəsb edir. Onun eManat layihəsindəki aparıcı fəaliyyəti Azərbaycanın elektron ödəniş sektorunun şaxələnməsi və dayanıqlılığı baxımından əhəmiyyətli nəticələrə gətirib çıxarmışdır. O, strateji tərəfdaşlıqlar, müştəriyönümlü həllər və bazarın dərin təhlili vasitəsilə rəhbərlik etdiyi şirkətlərin milli və qlobal rəqabət şəraitində uğur qazanmasını təmin edib.
Vüsal Süleymanovun fintek sahəsindəki qabaqcıl töhfələri Azərbaycanın fintek sektorunun və beynəlxalq səviyyədə bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Dayanmadan mükəmməlliyə nail olmaq üçün çalışan və maliyyə sahəsində müsbət dəyişikliklərə nail olmaq üçün səy göstərən peşəkarın fəaliyyəti ölkəmizin rəqəmsal maliyyə alətlərinin gələcəkdə aparıcı mövqeyə malik olmasına zəmin yaradır.