Yuxarı

İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

13:34

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Albaniyanın Prezidenti Bayram Beqay ilə görüşüb.

Axar.az xəbər verir ki, ilk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə İlham Əliyevə təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı.

Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi.

Azərbaycan Prezidenti təbriklərə görə təşəkkürünü bildirdi, COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladı.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı, enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi baxımından əhəmiyyətinə toxunuldu. Bayram Beqay bu tədbirdə mütəmadi olaraq iştirak etməsini məmnunluqla vurğuladı.

Tarix
2025.03.13 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla