Yuxarı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bu məlumatları təqdim etmir – DTX

Ermənistan tərəfinin itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatları gizlətməsi onların taleyinin müəyyənləşdirilməsinə mane olur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi, yaşayış məntəqələrinin və məzar yerlərinin dağıdılması ilə yanaşı, Ermənistanın dəfn yerləri barədə məlumat verməməsi axtarış işlərini çətinləşdirir:

“Ermənistanın bir sıra keçmiş yüksək rütbəli hərbçiləri itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlı olduqlarını etiraf etsələr də, həmin məlumatlar indiyədək Azərbaycan tərəfinə təqdim edilməyib”.

O vurğulayıb ki, Azərbaycan humanitar prinsiplərə əsaslanaraq bu istiqamətdə Ermənistanla əməkdaşlığa hazırdır və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasını sülh və etimadın formalaşması baxımından vacib hesab edir.

Tarix
2026.06.30 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla