Yuxarı

Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı

Azərbaycana idxal olunan 9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend İnformasiya Agentliyinə və Xəzər TV-yə birgə müsahibəsində deyib.

AQTA sədrinin sözlərinə görə, bunun 2 568 kiloqramı Türkiyədən, 2 400 kiloqramı Gürcüstandan, 4 435 kiloqramı isə İsveçrədən idxal olunan uşaq qidaları olub:

"Aparılan laborator müayinələr zamanı həmin məhsulların tərkibində təhlükəli toksinlər aşkar edildiyinə görə onlar tərəfimizdən ixracatçı ölkələrə geri qaytarılıb. Müxtəlif monitorinqlər zamanı 100 kiloqramdan çox uşaq qidası insan istehlakı üçün yararsız hesab olunaraq dövriyyədən çıxarılıb və məhv edilib".

Agentlik sədri bildirib ki, qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri zamanı 46 müəssisədən götürülmüş 78 kolbasa və sosiska nümunəsi üzrə laborator müayinələr həyata keçirilib və nəticədə müxtəlif məhsullarda insan istehlakı üçün yararsız göstəricilər müəyyən edilib:

"Kolbasa və sosis məhsullarının üzərindəki etiket məlumatları ilə məhsulların faktiki qida dəyərləri arasında uyğunsuzluqlar da aşkarlanıb. Əsasən 10 halda məhsulun tərkibində at DNT-si tapılıb. Həmin faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və aidiyyəti müəssisələr barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər həyata keçirilib. Bizim cəmiyyət adətən bu məsələlərdə daha çox sanitariya tərəfinə diqqət yetirir. Amma əslində, qida təhlükəsizliyində əsas məsələ gigiyenik tənzimləmədir. Yəni insanlar daha çox hansısa istehsal müəssisəsində aparılan yoxlamaları, sanitar normaların pozulmasını görür və buna diqqət yetirirlər".

Tarix
2026.07.01 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla