Yuxarı

Məktəblərdə vahid geyim forması niyə tətbiq olunur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə vahid geyim forması niyə tətbiq olunur?

Ümumi olaraq məktəbin müəyyən nizam-intizam qaydası var. Bu qayda həm geyimlə, həm də görünüşlə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

Ekspertin fikrincə, məktəbə gedən bütün uşaqlar bərabər olmalıdır:

“Geyimlə bağlı olan xüsusi mərkəzləşdirilmiş vahid geyim formasının tətbiqi o deməkdir ki, şagirlərin bilavasitə tədris prosesinə eyni vahid geyim formasında iştirakı təmin olunmalıdır.

Bununla yanaşı, şagirdlər dərs zamanı xüsusilə bəzək və zinət əşyalarından uzaq durmalıdır. Xüsusilə, qızlara əlavə dırnaq qoyulması, makiyaj olunması, saçın fərqli istiqamətlərdə düzülməsi, yaxud fərqli saç modellərindən istifadə etməsi, rəngli eynəklər və fərqli maskaların taxılması qadağan olunur. Doğrudur, zinət əşyalarını da istifadə etmək qadağandır, lakin qulaq deşiyinin bitişməməsi üçün çox xırda ölçüdə sırğa taxılmasında problem görülmür.

Bu qayda məktəbdə müəyyən nizam-intizamın formalaşması üçün əsas amillərdən biridir. Qarşısı alınmasa, şagirdlər məktəbə istədiyi formada gələ bilər. Məktəb bütün şagirdlərin bərabər hüququnun təmin olunduğu təhsil ocağıdır. Yəni şagirdlərdən birinin maddi imkanı yaxşı olduğu üçün məktəbə fərqli üslubda gələ bilər. Burada məktəb nə edir? Vahid geyim formasına keçir ki, sosial bərabərlik təmin olunsun.

Məktəb təhsil ocağıdır və şagirdlər müəllimin, həmçinin başqa birinin diqqətini yayındıracaq hər hansı təşəbbüsdə olmamalıdır.

Burada əsas məsələ bir təhsil ocağının təlim və tərbiyəsində ön planda getməsidir. Təhsil ocağı təlim və tərbiyəyə zidd olan hər hansı bir addımı qətiyyən dəstəkləmir, hətta bu istiqamətdə lazımi məhdudiyyətləri tətbiq edir.

Buna görə də şagirdlər sadaladığım məqamlara diqqət etməlidir. Hər hansı bir formada vahid məktəbli geyimindən kənara çıxılmamalıdır. Qısaca, şagirdin diqqətini yayındıracaq hər hansı bir təşəbbüs olmamalıdır”.

Tarix
2026.10.09 / 15:48
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla