Yuxarı

Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib.

Axar.az xəbər verir ki, şəhərin 1-ci məhəlləsində təşkil olunan görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin qayğı və problemlərinin yerində öyrənilməsi, qaldırılan məsələlərin operativ həlli şəhər rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq keçirilən səyyar qəbullar sakinlərlə birbaşa ünsiyyətin qurulmasına, onların müraciətlərinə çevik və səmərəli baxılmasına xidmət edir.

Görüşdə sakinlər tərəfindən sosial müdafiə, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yolların təmiri, ərazilərin abadlaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının, mövcud problemlərin vaxtında araşdırılmasının və həlli istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Şəhər rəhbəri verilən tapşırıqların icrasının nəzarətdə saxlanılmasını və müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını aidiyyəti məsul şəxslərə tapşırıb.

Səyyar qəbulda iştirak edən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq, yenidənqurma və infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Onlar vətəndaşların müraciətlərinin dinlənilməsinə, problemlərinin həllinə göstərilən diqqətə və yaradılan birbaşa ünsiyyət imkanına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.10.09 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla