Yuxarı

Afət Fərmanqızı Vəfanın qardaşına 7 min ödəyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afət Fərmanqızı Vəfanın qardaşına 7 min ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızına qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərman qızına qarşı barəsində yayılmış məlumatların təkzib edilməsi, həmin məlumatların şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsi və dəymiş mənəvi ziyana görə 100 min manat pulun müğənnidə tutularaq iddiaçıya ödənilməsi tələbinə baxılıb.

Məhkəmə yekun qərarı elan edib və müğənninin qardaşının iddiasını qismən təmin edib.

Belə ki, qətnamədə əksini tapan Afət Fərmanqızı tərəfindən internet kanallarında (sosial şəbəkələrdə, Yutub kanallarında, Teleqram və ya digər rəqəmsal platformalarda) işlədilmiş ifadələr Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.

Qərara əsasən, dəymiş mənəvi ziyanın əvəzi olaraq 7 min manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat müğənni Afət Fərmanqızından tutularaq Rəşad Şahyar oğlu Şərifova ödənilməlidir.

Tarix
2026.10.09 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla