Yuxarı

“Nərimanov” metrostansiyasının çıxışı bağlanır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nərimanov” metrostansiyasının çıxışı bağlanır?

Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.

AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq. “Nərimanov” metro stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Axar.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən “Yeni Sabah”a bildirilib ki, söküntü işləri səbəbindən “Nərimanov” stansiyasının ərazidə yerləşən çıxışı bağlanamayacaq:

“Bakı metropoliteninin “Nərimanov” stansiyasının yerləşdiyi ərazidə aidiyyəti qurumlar tərəfindən görülən işlər icra olunduğu müddətdə sərnişinlərin gediş-gəlişi üçün keçidlərin bağlanması, həmçinin sözügedən təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin hər hansı əlavə təmir və bərpa işlərinin təşkil etməsi nəzərdə tutulmur”.

Tarix
2026.06.30 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla