Yuxarı

Bakının mərkəzində bu obyektlər sökülür - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzində bu obyektlər sökülür - Foto

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.

Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq.

"Nəriman Nərimanov" metrostansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Görüləcək işlərlə əlaqədar sözügedən ərazinin ətrafı arakəsmələrlə bağlanıb. Yaxın günlərdə ərazidə yerləşən bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Söküntü işləri ilə bağlı artıq obyekt sahiblərinə məlumat verilib. Həmçinin layihənin həyata keçirilməsi ilə geniş və maneəsiz səkilər, yaşıllıq elementləri, daha keyfiyyətli ictimai məkanlar və müasir dayanacaq infrastrukturu qurulacaq.

Nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra küçə avtomobillər, piyadalar, ictimai nəqliyyat istifadəçiləri və şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və funksional məkana çevriləcək.

Xatırladaq ki, bir neçə ay əvvəl “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsinin yenidənqurma layihəsi ictimaiyyətə təqdim olunmuşdu.

Tarix
2026.06.29 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla