Yuxarı

İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun çayxanada rayon sakinləri ilə görüşünü əks etdirən video son iki gündə sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, videoda icra başçısı rəsmi geyimdə – kostyum və qalstukda çayxanaya gələrək sakinlərlə söhbət edir, onların problemlərini dinləyir.

Lakin ictimai müzakirələrin əsas mövzusu görüşün özü deyil, onun necə təşkil olunmasıdır. Diqqətçəkən məqamlardan biri çayxanada əyləşən vətəndaşların da əksəriyyətinin rəsmi geyimdə olmasıdır. Bu görüntü sosial şəbəkə istifadəçilərində görüşün əvvəlcədən planlaşdırıldığı, iştirakçıların xüsusi seçildiyi və dialoqun ssenari əsasında qurulduğu ilə bağlı fikirlər formalaşdırıb.

Paylaşılan rəylərin böyük hissəsi tənqidi xarakter daşıyır. İstifadəçilər məmur-vətəndaş görüşünün təbii və səmimi mühitdə deyil, səhnələşdirilmiş şəraitdə keçirildiyini iddia edirlər.

Qeyd edək ki, bu, son vaxtlar rayon icra hakimiyyəti başçılarının ictimaiyyətlə görüşləri ətrafında yaranan ilk müzakirə deyil. Bundan əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev də sosial şəbəkələrdə tənqid olunub. Buna səbəb onun Novruz bayramı münasibətilə rayonda təşkil edilən sərgidə sakinlərlə arasına çəkilən qeyri-adi “sədd” olub. Həmin görüntülər də bir müddət sosial şəbəkələrdə müzakirə edilib.

Tarix
2026.06.30 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla