Yuxarı

FTX ilk dəfə media qurumunu terrorçu təşkilat elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FTX ilk dəfə media qurumunu terrorçu təşkilat elan etdi

Rusiya Federal Təhlükəsizlik Xidməti Komi mədəniyyətindən bəhs edən “Komi Daily” qəzetini terror təşkilatları reyestrinə daxil edib.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, “Komi Daily” noyabr ayında Rusiya Baş prokuroru İqor Krasnovun iddiası əsasında Ali Məhkəmənin terror təşkilatı kimi tanıdığı “Post-Rusiyanın Azad Dövlətləri Forumu”nun struktur bölmələrindən biri elan olunub.

“Komi Daily” isə bu iddianı təkzib edib və bildirib ki, təşkilatla heç bir əlaqəsi yoxdur.

Bu, Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən terrorçu təşkilat kimi tanınmış ilk media qurumu olub.

Qeyd edək ki, ötən ilin martında “Roskomnadzor” “Komi Daily”nin Rusiya ərazisində fəaliyyətini bloklamışdı. May ayında isə nəşrin redaktorları nifrət və ya düşmənçiliyin qızışdırılması və ya insan ləyaqətinin alçaldılması maddəsi ilə cərimələniblər.

Tarix
2025.01.12 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla