Yuxarı

ABŞ bu ölkəyə güc tətbiq edəcək - Trampın müşaviri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ bu ölkəyə güc tətbiq edəcək - Trampın müşaviri

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya və Panama kanalı üzərində Amerikanın nəzarətini bərqərar etmək üçün güc tətbiqini istisna etməyib.

Axar.az xəbər verir ki, bunu Trampın ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "ABS Nyus" telekanalına müsahibəsində deyib.

O, bu məsələdə bütün variantların açıq olduğunu təsdiqləyib.

Uoltsun sözlərinə görə, ABŞ Arktikada və Qərb yarımkürəsində çox ciddi təhlükələrlə üzləşib:

"Cənub Komandanlığımıza cavabdeh olan general Laura Riçardson keçən il Çin dövlət müəssisələrinin Panama kanalının hissələrini və hər iki tərəfdəki limanları satın almaları barədə ifadə verdi. ABŞ və dünya arasında yüklərin 70%-i, neft və qaz da daxil olmaqla, Panama kanalından keçir. Kanal ABŞ-ın hərbi logistikası üçün həlledicidir. ABŞ-ın müdaxiləsini və Panama kanalındakı kritik aktivlərini qorumasını tələb edən elementlər var".

O qeyd edib ki, Qrenlandiya üçün də müəyyən narahatlıqlar mövcuddur:

"Danimarkada adanın müdafiəsi üçün müəyyən komanda, Rusiyanın isə 60 buzqıran gəmisi var. Üstəlik, ada kritik mineralların böyük ehtiyatlarına malikdir. Tramp ABŞ-ın maraqlarını qorumaq üçün böyük və qəti addımlar atmağa hazırdır".

Tarix
2025.01.13 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla