Yuxarı

Solovyov hiddətləndi: Paşinyan üzümüzə tüpürür, biz isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov hiddətləndi: Paşinyan üzümüzə tüpürür, biz isə...

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı istədiyini edir, hətta üzümüzə tüpürür, biz isə sakitcə tamaşa edirik.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Solovyov ABŞ və Ermənistan arasında imzalanmış strateji sənədi şərh edərkən deyib.

Jurnalist qeyd edib ki, İrəvanın Vaşinqtonla əldə etdiyi razılaşma Rusiyanın regional maraqlarına uyğun gəlmir:

“Tramp “Panama bizimdir” deyir. Bəs biz Ermənistana o qədər pul yatırmışıq ki, ABŞ-ın Paşinyanı ələ almaqla orada öz bazasını qurmasına tamaşa edək, niyə bunu demirik? Dayanmadan üzümüzə tüpürür, istədiyini edir, bizə ehtiyaclarının olmadığını söyləyir. Biz də üzümüzü silib deyirik ki, münasibətimiz var.

Qafqazda milli maraqlarımızın olduğunu desək, necə olar? İranla münasibətlərimiz indi yeni səviyyəyə qalxır, bəs orada quru dəhlizi və ortaq sərhəd var, ya yox? Gürcüstan və Ermənistana sakitcə deyə bilərikmi ki, orada quru dəhlizinin olması milli maraqlarımıza uyğundur?

Bunu 2008-ci ildə edə bilərdik, amma bizə deyərdilər ki, nə edirsən, sən imperialistsən, müstəmləkəçisən, buna necə cəsarət edirsən?

ABŞ isə buna baxıb deyəcək ki, Rusiya bunu edə bilməz, onlar revizionistlərdir, amma özləri Qrenlandiya, Kanada və Panamada bunu edə bilərlər. Rusiya edəndə isə revizionist olur”.

Tarix
2025.01.16 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla